RU

Rusiyada "Telegram" kanalının təsisçisi dələduzluqda ittiham olunur

Rusiyada "Readovka" "Telegram" kanalının təsisçisi Aleksey Kostılyov dələduzluqda ittiham olunur.

Moderator.az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat veriblər.

Bildirilib ki, Kostılyov fevralın 25-də saxlanılıb, müstəntiqlər məhkəmə qarşısında onun iki ay həbsdə saxlanması üçün vəsatət qaldırıblar. İşin digər təfərrüatı açıqlanmır.

Qeyd edək ki, Kostılyov "Readovka"nı 2014-cü ildə yaradıb. 2025-ci ilin avqustunda saytın sahibi dəyişib, Kostılyov isə baş redaktorluqdan gedib və başqa layihələrlə məşğul olmağa başlayıb.

Избранный
45
moderator.az

1Источники