RU

Böyük Britaniya İrandakı diplomatlarını təxliyə edib

BAKI, 27 fevral. TELEQRAF

Böyük Britaniya regionda münaqişə təhlükəsi səbəbindən İrandakı diplomatlarını təxliyə edib.

Teleqraf xəbər verir ki, bu barədə Britaniya hökumətinin veb saytında yerləşdirilmiş açıqlamada qeyd olunub.

"Britaniyalı işçilər müvəqqəti olaraq İrandan geri çağırılıb. Səfirliyimiz uzaqdan fəaliyyətini davam etdirir", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, yanvar ayında ABŞ xəbərdarlıq etmişdi ki, Tehran danışıqlar masasına oturub nüvə silahlarından tamamilə imtina etməyi nəzərdə tutan "ədalətli razılaşma" əldə etməsə, güc tətbiq etməyə ciddi şəkildə hazırdır. İran hakimiyyəti dəfələrlə nüvə bombası hazırlamaq niyyətində olmadığını bildirib. Pentaqon Yaxın Şərqdə iki aviadaşıyıcı zərbə qrupu da daxil olmaqla əhəmiyyətli qüvvələr toplayıb. 19 fevralda ABŞ administrasiyası İranla razılığa gəlmək üçün maksimum 15 gün vaxt verəcəyini açıqlayıb.

Избранный
21
teleqraf.com

1Источники