RU

“Təməl" mükafatı üçün 245 layihə nəzərdən keçirilib, 82-si münsiflər heyətinin müzakirəsinə təqdim olunub - Sədr müavini

Bakı. Trend:

“Təməl" Memarlıq Mükafatı üçün ümumilikdə 245 layihə nəzərdənkeçirilib. Həmin layihələrdən 82-si münsiflər heyətininmüzakirəsinə təqdim olunub.

Trend xəbərverir ki, bunu Dövlət Şəhərsalma və Arixtektura Komitəsinin sədrmüavini, müsabiqənin münsiflər heyətinin sədri İlqar İsbatovKomitənin təşkilatçılığı ilə keçirilən "Təməl" Memarlıq Mükafatınıntəqdimetmə mərasimi çərçivəsində jurnalistlərə açıqlamasındadeyib.

Sədr müavininin sözlərinə görə, 6 nominasiya üzrə qiymətləndirməaparılıb və qaliblər müəyyən edilib:

1. Yaşayış komplekslərinin memarlığı

2. İctimai binaların memarlığı

3. Nəqliyyat, sənaye, rabitə və mühəndis qurğuları

4. Mədəniyyət və dini obyektlərin memarlığı

5. Binaların bərpası və yenidən qurulması

6. İctimai məkanlar və landşaft memarlığı

Komitə rəsmisi əlavə edib ki, qalib layihələr bu il keçiriləcəkBMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13)çərçivəsində də nümayiş olunacaq. Forum zamanı tematikpavilyonlarda seçilmiş layihələr təqdim ediləcək və genişauditoriyaya tanıdılacaq.

Qeyd edək ki, sözügedən mükafat ilk dəfə 2023-cü ildə qaliblərətəqdim edilib. Tədbirin uğurlu təşkili nəzərə alınaraq onun hər ilkeçirilməsi qərara alınıb. 2024-cü ilin yekunlarına görəmükafatlandırma 2025-ci ilin fevral ayında baş tutub və prosesşəffaf şəkildə həyata keçirilib. Cari ildə isə 2025-ci ilinlayihələri üzrə növbəti mükafatlandırma mərasimi təşkil olunur.

Избранный
16
az.trend.az

1Источники