RU

Qubanın Xınaqlıq kəndindəki bəzi evlər qəzalı vəziyyətə düşübVİDEO

Quba rayonunun Xınaqlıq kəndində yerləşən bəzi evlər qəzalı vəziyyətə düşüb.

Xezerxeber.az-ın məlumatına görə, kənd sakini Zaur Xasməmmədovun çəkdiyi görüntülərdə iddia olunur ki, əvvəl bəzi evlərin təmir və bərpasına başlanılsa da, işlər sonadək tamamlanmayıb. Nəticədə bəzi evlərin söküntüsü, digərlərinin isə  təmiri yarımçıq qalıb.

Sakinlərin sözlərinə görə, qəzalı vəziyyətdə olan tikililər arasında yaşayış evləri ilə yanaşı kənd məscidi də var. İllər əvvəl bəpa olunsa da hazırda məscidin binası acınacaqlı vəziyyətdədir.

Məsələ ilə bağlı Dövlət Turizm Agentliyinin  Qoruqları İdarəetmə Mərkəzindən bildirildi ki, Xınalıqda ən təhlükəli vəziyyətdə olan evlərdən başlanaraq mütəmadı bərpa, təmir işləri aparılıb. Ayrılmış maliyyə vəsaitinə  uyğun olaraq digər evlərdə də təmir-bərpa işləri davam etdirilir.

O da bildirilib ki, sərt iqlim şəraiti səbəbindən Xınalıqda il ərzində cəmi 4-5 ay tikinti aparmaq mümkündür. Bu səbəbdən təmir-bərpa işləri mərhələli şəkildə həyata keçirilir. Hazırda kənddə fəaliyyət göstərən iki məscidin sakinlərin istifadəsində olduğu bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
22
xezerxeber.az

1Источники