RU

Qazaxıstandan İranla bağlı XƏBƏRDARLIQ – Qəti şəkildə…

İran ətrafında davam edən gərginlik fonunda Qazaxıstan Xarici İşlər Nazirliyi vətəndaşlarına vəziyyət sabitləşənədək İslam Respublikasına səfərdən müvəqqəti olaraq çəkinməyi tövsiyə edib. Bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.

NOCOMMENT.az xəbər verir ki, hazırda İranda olan Qazaxıstan vətəndaşlarına ölkəni tərk etmək, təhlükəsizlik tədbirlərini gücləndirmək və yerli hakimiyyət orqanlarının tövsiyələrinə ciddi şəkildə əməl etmək məsləhət görülüb.

Nazirlik həmçinin vətəndaşları Yaxın Şərq ölkələrinə səfərləri planlaşdırarkən mövcud vəziyyəti və mümkün gərginləşmə riskini nəzərə almağa çağırıb. Bildirilib ki, Qazaxıstanın İrandakı diplomatik nümayəndəlikləri fəaliyyətini adi rejimdə davam etdirir.

Sara

Избранный
29
nocomment.az

1Источники