RU

Kəpəz in bəyənmədiyi müdafiəçini Valensiya transfer etdi FOTO

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Qış fasiləsində "Kəpəz" sıralarını tərk edən Pedro Qomeş karyerasını harada davam etdirəcəyinə aydınlıq gətirib.

Oxu.Az-ın məlumatına görə, 22 yaşlı oyunçu İspaniya La Liqasında mübarizə aparan "Valensiya" klubu ilə rəsmi anlaşma əldə edib.

Portuqaliyalı futbolçu ilkin mərhələdə "Valensiya"nın B komandasında forma geyinəcək. Tərəflər arasında bağlanan müqavilənin müddəti 2 illikdir.

Xatırladaq ki, cari mövsümün startında "Boavişta"dan Gəncə təmsilçisinə transfer olunan müdafiəçi baş məşqçi Azər Bağırovun oyun sisteminə uyğun gəlmədiyi əsas gətirilərək komandadan uzaqlaşdırılmışdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
7
3
oxu.az

4Источники