RU

“Şad olduq ki, futbolçuların gözlərində alov var idi” – Andrey Demçenko

Misli premyer-liqasının 22-ci turunda “Araz-Naxçıvan” evdə “Zirə”yə 0:1 hesabıyla uduzdu.

Naxçıvanlıların baş məşqçisi Andrey Demçenko oyundan sonra media önünə çıxdı.

- Bu gün başqa komanda gördük, irəli getmişik. Oyunumuz alınmadı, amma pis oynamadıq. İmkanlarımız oldu. Başverənlər səhvlərimizin nəticəsi idi. Şad olduq ki, futbolçuların gözlərində alov var idi.

- Nuno Rodrigesi öz cinahında oynatmamaqla “əl-qolunu bağlamırsız”?
- Mənim üçün əsas olan məşqdi. Mənə vacib olan məşqdi. Mənim verdiyim materialları daha tez qəbul edənlər start heyətində da başlayırlar. Nunoya şans verdik, ondan razı qaldıq.

MÜZƏFFƏR QULUZADƏ

Избранный
16
1
football-plus.az

2Источники