RU

Minifutbol üzrə Avropa çempionatı: Azərbaycan millisinin rəqibləri bəlli olub

Bakı, 27 fevral, AZƏRTAC

Minifutbol üzrə Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan tədbir Azərbaycan millisinin də rəqibləri bəlli olub.

Yığmamız Fransa, İtaliya və Avstriya seçmələri ilə birlikdə F qrupunda mübarizə aparacaq.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi mayın 27-dən iyunun 4-dək Bratislavada təşkil olunacaq.

 

Избранный
36
9
azertag.az

10Источники