RU

Mixay Popşoy Azərbaycana gəlir

ain.az, Axar.az saytına istinadən bildirir.

Moldova Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoy martın 6-da Azərbaycana rəsmi səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə Report-a Moldovanın Azərbaycandakı səfiri Aleksandr Yesaulenko bildirib.

"Səfər çərçivəsində həmin gün nazirin Azərbaycanın müxtəlif dövlət qurumlarının nümayəndələri ilə bir sıra görüşləri nəzərdə tutulub", - o deyib.

Mixay Popşoy həmçinin Moldovanın Bakıdakı səfirliyində keçiriləcək Martişor bayramına həsr olunmuş tədbirdə iştirak edəcək. Həmçinin Moldava diasporunun nümayəndələri ilə görüş təşkil olunacaq.

Bayram münasibətilə uşaqlar üçün sapdan bəzəklərin (martişorların) hazırlanması üzrə ustad dərsi də təşkil ediləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
14
2
axar.az

3Источники