RU

ABŞ nin müvəqqəti işlər vəkil: Azərbaycanla iqtisadi əməkdaşlığın günü gündən inkişaf etməsindən çox məmnunuq

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 27 fevral, Aydan Həsənli, AZƏRTAC

Fevralın 27-də Bakıda “Crescent Mall”da ABŞ-nin “Popeyes” restoranının açılış mərasimi olub.

AZƏRTAC-ın xəbərinə görə, tədbirdə qeyd olunub ki, restoranda 50-yə yaxın Azərbaycan vətəndaşı çalışacaq.

“Popeyes Azerbaijan” amerikalı sahibkar və azərbaycanlı iş adamı tərəfindən təsis edilib. İş adamı Maykl Baldyqa çıxışında Azərbaycanda biznes qurmaqdan məmnunluğunu bildirib.

Çıxış edən ABŞ-nin Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili xanım Emi Karlon deyib ki, ötən ilin avqust ayında Prezident Donald Tramp və Prezident İlham Əliyev arasında görüşdən sonra hər iki ölkə əməkdaşlığı genişləndirmək üçün böyük səy göstərir. “ABŞ-lə Azərbaycan arasında iqtisadi əməkdaşlığın günü-gündən inkişaf etməsindən çox məmnunuq”, - deyə o əlavə edib.

Qeyd edək ki, “Popeyes Azerbaijan” Azərbaycanda 20-dən çox restoranın açılmasını planlaşdırır. Bu da 1000-dən çox yeni iş yerinin yaranması deməkdir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
1
azertag.az

2Источники