RU

Misirdə 4000 illik piramida üzərində rəsm çəkərkən "əyləndiyinə" görə bələdçi saxlanılıb

Antikvar müfəttişi cinayətkarı müəyyən etdikdən sonra turizm polisinə hesabat təqdim etdi.

QHT.az xəbər verir ki, Misirdə bir tur bələdçisi 4000 illik firon Unas piramidasının üzərinə kobud insan fiquru çəkdiyinə görə həbs edilib. Sosial mediada yayılan görüntülərdən sonra araşdırma başlanıb və bələdçi saxlanılaraq günahını etiraf edib. Mütəxəssislər abidənin səthindəki rəsmləri artıq təmizləyiblər. Unas piramidası eramızdan əvvəl XXIV əsrdə inşa olunub və ən qədim “Piramida Mətnləri”nin yer aldığı tarixi abidə kimi xüsusi əhəmiyyət daşıyır. Saqqara nekropolunda yerləşən bu ərazi UNESCO-nun Dünya İrsi siyahısına daxildir. Misir qanunvericiliyinə görə, tarixi abidələrə zərər vurmaq cərimə və ya həbs cəzası ilə nəticələnə bilər.

 

R.İmanov

Избранный
9
qht.az

1Источники