RU

Azər Bağırov: “Qələbəmizi onlara həsr edirik”

ain.az, futbolpress-az saytına istinadən bildirir.

Azərbaycan Premyer Liqasının XXII turunun “Kəpəz” – “Sumqayıt” oyunundan (3:0) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Azarkeşlərimizə təşəkkür edirəm. Qələbəmizi onlara həsr edirik. Xüsusən də bir neçə gün əvvəl ata olan qazimiz Kərim və onun qızına. Oyun çox maraqlı alındı. Meydanda istədiyimiz hər şeyi həyata keçirə bildik, lazımi qollar vurduq. Futbolçularımı təbrik edirəm.

– Futbolçuların bu qədər motivasiyalı olmasının səbəbi nə idi?

– “Sabah”la matçın son dəqiqələrində 1 xalı əldən verdik. Bəlkə də, bu motivasiya elə həmin oyundan gəlirdi.  Futbolçular məsuliyyətin ağırlığını hiss edərək meydana çıxmışdılar.

– Kubokda hədəfiniz nə olacaq?

– Rəhbərlik komandaya yaxşı motivasiya verir. Bütün oyunlara maksimum nəticə üçün çıxırıq. “Turan Tovuz”la kubokun ilk matçında meydana daha çox yerli futbolçu buraxmışdıq. Hamıya elə gəldi ki, kubokda yarışmaq istəmirik. Həm çempionatda, həm də kubokda bacardığımız qədər irəli getmək istəyirik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
11
futbolpress.az

1Источники