RU

Tehrandan Vaşinqtona XƏBƏRDARLIQ

Ayna saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İran ordusu ABŞ-ı hərbi əməliyyatlardan çəkinməyə çağırıb

İran və ABŞ arasında Cenevrədə keçirilən dolayı danışıqlardan sonra İran ordusu ABŞ-ı hərbi əməliyyatlardan çəkinməyə çağırıb. AYNA.AZ bu barədə “RİA Novosti”yə istinadən bildirir.

"İstənilən ehtiyatsız hərəkət bütün regionu bürüyəcək, münaqişəni alovlandıracaq", - deyə İran ordusunun sözçüsü Əbülfəzl Şəkarçi xəbərdarlıq edib.

Şəkarçi ABŞ Prezidenti Donald Trampın son açıqlamalarına cavab olaraq bildirib ki, “danışıqlardan əvvəl Tramp Tehranı razılığa gəlməyə çağırıb və uğursuzluğun pis nəticələnəcəyi ilə hədələyib”.

“İran ordusu bütün ABŞ hərbi hərəkətlərini izləyir və hər hansı bir münaqişə baş verərsə, bölgədəki bütün ABŞ maraqları İran qüvvələrinin əhatə dairəsində olacaq", - deyə qeyd edib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə Omanın vasitəçiliyi ilə ABŞ və İran arasında danışıqların üçüncü raundu keçirilib. Danışıqlardan sonra İranın xarici işlər naziri Abbas Əraqçi iki tərəfin bir həftə ərzində yeni görüş keçirə biləcəyini bildirib. O İran və Amerika nümayəndə heyətlərinin 2 martda Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyində texniki məsləhətləşmələrə başlayacağını açıqlayıb.

Əraqçi həmçinin 26 fevral görüşünün indiyə qədər “ən intensiv görüş” olduğunu və danışıqlarda “irəliləyiş” əldə edildiyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
ayna.az

1Источники