RU

Pakistan ordusu itkilər verdi

Pakistan Əfqanıstanla qarşıdurmada 12 əsgərinin öldüyünü və 27-nin yaralandığını bildirib.Metbuat.az xəbər verir ki, bu barədə Pakistan ordusunun ictimaiyyətlə əlaqələr qurumunun baş direktoru general-leytenant Əhməd Şərif Çaudri açıqlama verib. O bildirib ki, Pakistanın hava hücumları Əfqanıstanda 22 yerdəki hərbi obyektləri hədəfə alıb və azı 83 mövqe məhv edilib. O, Pakistanın hücumları nəticəsində 274 Taliban döyüşçüsünün öldüyünü və 400-dən çox insanın yaralandığını qeyd edib.

Məlumata görə, Pakistan hökuməti ölkə daxilində özəl və ya kommersiya dron uçuşlarını qadağan edib.

Избранный
2
metbuat.az

1Источники