RU

Ceyhun Bayramov özünü kimdən qoruyur? XİN rəhbəri mühafizəçilərlə gəzir...

ain.az bildirir, Gununsesi portalına istinadən.

Azərbaycanda vəzifəli adamlarla bağlı dəyişən çox məsələ var.

Məsələn, illər əvvəl bir çox məmurlar, nazirlər mühafizə xidmətindən istifadə etsələr də, bu, müstəqillik illərinin üçüncü on illiyindən sonra dəyişdi. Yəni artıq buna ehtiyac olmadı, çünki heç kim özünü təhlükədə hiss etmədi.

Hətta əvvəllər bəzi məmurların mühafizəçiləri silah da gəzdirə bilirdilər.

Sözsüz, məsələlərin bu cür dəyişməyində Prezident İlham Əliyevin də tapşırıqları, çıxışları xüsusi rol oynayır.

Vurğulamaq lazımdır ki, İlham Əliyev çıxışlarında hətta qara “plyonka”lı maşınlarda gəzənlərə də irad bildirmişdi.

Bildirmişdi ki, özü ölkə başçısı olsa da, belə etmir, buna ehtiyac duymur.

Bu səbəb, demək olar, bütün nazirlər də rahat, sərbəst, heç bir qorumaya ehtiyac olmadan gəzməyə, tədbirlərə və xalq arasına çıxmağa başladı.

Bu gün hətta elə nazirlər var, bulvarda, küçələrdə rahat formada gəzirlər və onların həyatlarına heç bir təhlükə yoxdur.

Məsələn, təkcə elə bu yaxınlarda sonuncu dəfə Emin Əmrullayevlə insanlar dayanacaqdan keçərkən şəkil çəkdirmişdilər.

Bu cür nümunələri artırmaq olar.

Ancaq bu məsələdə diqqət çəkən bir şəxs isə Xarici işlər naziri Ceyhun Bayramovdur.

Cənab nazir bu yaxınlarda Xocalı soyqırımı ilə bağlı olan tədbirdə iki nəfər mühafizəçinin müşaiyəti ilə tədbirdə iştirak etdi.

Artıq heç bir nazirin buna ehtiyacı olmadığı bir halda Ceyhun Bayramovun bu cür gəzməsi təbii olaraq sual da yaradır:

Görəsən, cənab nazir özünü kimdən qoruyur? O, özü üçün hansı təhlükəni hiss edir?

Bəlkə, həqiqətən də bilmədiyimiz nələrsə var və bu, tamamilə normal prosesdir? Əlbətt,  o da mümkündür ki, bızi hallarda mühafizə şəxsi təşəbbüs yox, dövlət protokolunun və təhlükəsizlik xidmətlərinin qərarı olsun. Ancaq məhz o gün olması niyə? Bundan əvvəl Ceyhun Bayramovun mühafizə xidməti ilə gəzməsi də nəzərə çarpmamışdı…

Belədirsə, bu məsələ təkcə Ceyhun Bayramov üçünmü keçərlidir?

Suallar həm ritorikdir, həm də…

Elmar

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
icma.az

1Источники