RU

Fidan həmkarları ilə Əfqanıstan Pakistan gərginliyini müzakirə edib

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Pakistan, Əfqanıstan, Qətər və Səudiyyə Ərəbistanından olan həmkarları ilə Əfqanıstan-Pakistan böhranını müzakirə edib.

525.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

XİN başçısı həmkarları ilə telefon danışıqları aparıb, Pakistan və Əfqanıstandakı son hadisələr müzakirə olunub.

Qeyd edək ki, bu gün Pakistan və Əfqanıstan arasında yenidən qarşıdurma baş verib, hər iki tərəfdən itki var. 

Rəsmi İslamabad 2021-ci ildə Əfqanıstanda hakimiyyətin dəyişməsindən sonra Kabildən terror təşkilatı kimi tanıdığı Pakistan Talibanı (TTP) məsələsində tədbir görməsini tələb edir. Əfqanıstan isə TTP-nin onun ərazisində fəaliyyət göstərmədiyini bəyan edir.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
525.az

1Источники