RU

Huşsuz vəziyyətdə olan sürücü yanan avtomobildən belə xilas edildi ANBAAN VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Sürücü yanan avtomobildən xilas edilib. Avtosfer.az xəbər verir ki, Başqırdıstan Respublikasında baş verən hadisə kameraya düşüb.

Belə ki, park vəziyyətində olan "Lada" markalı avtomobil hələlik məlum olmayan səbəblərdən qəfildən yanmağa başlayıb. Yanğını görən vətəndaş dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qaynar xəttinə zəng vurub. Alovların şiddətləndiyini görən vətəndaş avtomobil tərəfə gedərək sürücünün huşsuz vəziyyətdə olduğunu görüb və onu oradan çıxararaq kənara çəkib.

Daha sonra hadisə yerinə yanğınsöndürənlər gəliblər və yanğın söndürülüb. “Lada”nın 39 yaşlı sürücüsü ağır vəziyyətdə xəstəxanaya aparılıb. Hadisənin başvermə səbəbləri araşdırılır.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
34
avtosfer.az

1Источники