RU

Bu ailələrə hər ay 600 manat verilir

Övladlığa uşaq götürən ailələr dövlət tərəfindən aylıq sosial müavinətlə təmin olunur.Metbuat.az-ın məlumatına görə, qaydalara əsasən, 3–18 yaş arası hər uşağa görə aylıq 240 manat ödənilir. Əgər uşaq əlilliyi olan şəxsdirsə, bu məbləğ 600 manat təşkil edir. Qeyd edək ki, övladlığa götürülmüş uşaq valideynini itirdiyi halda ailə başçısını itirməyə görə pensiya və ya müavinət almaq hüququ qazanır. Həmçinin valideyn himayəsindən məhrum olmuş və sonradan övladlığa götürülmüş uşaqlar ödənişli təhsil aldıqları müddətdə onların təhsil haqları da dövlət büdcəsi hesabına ödənilir.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
22
metbuat.az

1Источники