RU

Bala Pəhləvi HƏRƏKƏTƏ KEÇDİ – Bu addımlar atılacaq

İranın keçmiş şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi “böyük İran ailəsi”nə müraciət edib.

NOCOMMENT.az xəbər verir ki, müraciətdə İran ərazisində yaşayan müxtəlif xalqların nümayəndələri də iştirak ediblər. Onların arasında özünü Qacarlar sülaləsinin varisi elan edən şəxs də yer alıb.

Rza Pəhləvi çıxışında İran xalqını birliyə çağırıb və bu torpaqlarda yaşayanları “böyük İran ailəsi” adlandırıb. O bildirib ki, məqsədləri “Şir və Günəş” bayrağı altında vahid və demokratik İran qurmaqdır.

“Biz hüququn aliliyinin təmin olunması, istənilən ayrı-seçkiliyin aradan qaldırılması, fərdi azadlıqların qorunması və vətəndaşların qanun qarşısında bərabərliyinin təmin edilməsi naminə vahid və demokratik İrana sadiqik. Biz İranın azadlığı və təhlükəsizliyi uğrunda çıxış edirik”, – deyə Pəhləvi vurğulayıb.

Sara

Избранный
32
nocomment.az

1Источники