RU

Azərbaycanın ən ağır SAKİNİ - VİDEO

Azərbaycanda 250 kiloqram çəkidə olduğu bildirilən kişinin görüntüləri sosial şəbəkələrdə sürətlə yayılaraq geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, paylaşılan videolarda onun hərəkət imkanları diqqət çəkib.

Kişi uzun illərdir artıq çəki problemindən əziyyət çəkir. Artıq çəki səbəbindən hərəkət məhdudiyyəti yaranıb və gündəlik ehtiyaclarını qarşılamaq belə çətinləşib.

Məsələ sosial mediada iki fərqli mövqenin formalaşmasına səbəb olub. Bəzi istifadəçilər onun vəziyyətinə görə narahatlıq ifadə edərək tibbi dəstək göstərilməsinin vacibliyini vurğulayıblar. 

Mütəxəssislər qeyd edirlər ki, bu səviyyədə artıq çəki ciddi sağlamlıq riskləri yaradır. Ürək-damar xəstəlikləri, şəkərli diabet və oynaq problemləri kimi fəsadlar yarana bilər. Həkimlər belə hallarda mütləq tibbi nəzarət, düzgün qidalanma proqramı, idman və psixoloji dəstəyin vacib olduğunu bildirirlər.

Sosial mediada yayılan görüntülər cəmiyyətdə sağlam həyat tərzi mövzusunu yenidən gündəmə gətirib. Mövzu ətrafında müzakirələr davam edir.

Həmin görüntüləri təqdim edirik:

Hüseyn
Milli.Az

Избранный
9
1
milli.az

10Источники