RU

Rubio: İran xarici vətəndaşları qanunsuz saxlayan dövlətlər siyahısına daxil edilib

ABŞ administrasiyası İranı xarici vətəndaşları qanunsuz və sistemli şəkildə saxlayan dövlətlər kateqoriyasına daxil edib.

APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio "X" hesabında yazıb.

Rubio bildirib ki, İran uzun illərdir günahsız amerikalıları və digər ölkə vətəndaşlarını saxlayaraq bunu siyasi təzyiq aləti kimi istifadə edir.

Onun sözlərinə görə, Tehran bu praktikaya son qoymasa, Vaşinqton əlavə tədbirləri, o cümlədən ABŞ pasportlarının İrana səfər, İrandan çıxış və ya bu ölkə üzərindən tranzit üçün istifadəsinə coğrafi məhdudiyyətlərin tətbiqini nəzərdən keçirə bilər.

“Hazırda İranda olan bütün ABŞ vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırırıq”, – deyə Rubio qeyd edib.

Избранный
14
1
apa.az

3Источники