RU

Qərbi Azərbaycan Xronikası: Qafanda adları silinən kəndlərin ümumi sayı 100-ü keçirdi

"Baku TV"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

"Report" xəbər verir ki, "Ermənilər SSRİ-nin təlimatlarına əməl etmirdilər" adlı veriliş Zəngəzur mahalı, Qafan rayonu, Atqız kənd sakini Arif Əfəndiyevin həyat hekayəsinə həsr olunub.

O, 1948-ci ildə anadan olduğunu deyib, uşaqlıq, məktəb illərini xatırladıb: "Qafan şəhərində evimiz var idi. Orta məktəbin son ilini şəhər məktəbində oxudum. Dərsdən gələndə ermənilər qabağımızı kəsir, dəftər, kitab və qələmimizi alırdılar. O dövrdə rayonda ermənilərin sayı artırdı. Kəndimizdə azərbaycanlılar yaşayırdı, amma şəhər qarışıq idi. Qafanda məlum olan və adları silinən kəndlərin ümumi sayı 100-ü keçirdi".

Onun sözlərinə görə, 1905-ci ildə ermənilərin kəndlərimizə hücumu zamanı çox sayda insan öldürülüb: "1918-ci ildə lap çətin vəziyyət olub. Ana babam o hadisələrin şahidi olmuşdu. Deyirdi ki, daşnaklar insanları güllə ilə vurur, qoyun sürülərini aparırdılar. Andranikin dəstəsi Zəngəzurda ağsaqqalları məscidə toplayıb, bacasından əl qumbarası atıb, süngüdən keçirib. Sağ qalan kənd camaatı Qapıcıq dağını aşaraq Culfa tərəfə qaçıblar. Anamın bibisi danışırdı ki, biz Araz çayına çatanda türklər o tərəfdən gələn erməniləri top atəşinə tutdular. Ondan sonra ermənilər qaçdılar. Beş-altı ildən sonra biz geri qayıtdıq".

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Daha ətraflı linkdə:

Qərbi Azərbaycan Xronikası: Qafanda adları silinən kəndlərin ümumi sayı 100-ü keçirdi
Избранный
52
far.az

1Источники