RU

İran silah dərəcəli uran saxlamamağa razıdır - Oman XİN

Bakı. Trend:

İran hakimiyyəti nüvə silahı yaratmaq üçün yararlı olanzənginləşdirilmiş uranı öz ərazisində saxlamamağa razılıqverib.

Trend-inməlumatına görə, bu barədə əvvəllər Vaşinqton və Tehran arasındadanışıqlarda vasitəçi kimi çıxış etmiş Omanın xarici işlər naziriBədr əl-Busaidi ABŞ-nin "CBS" televiziya kanalına verdiyimüsahibədə bildirib.

"Hesab edirəm ki, ən vacib nailiyyət İranın heç vaxt bombahazırlamaq üçün nüvə materialına sahib olmayacağı barədə razılığınəldə olunmasıdır", - deyə o qeyd edib.

"Bu, [ABŞ-ın 44-cü] prezidenti Barak Obamanın dövründə əldəedilmiş köhnə [İran nüvə sazişində] olmayan bir şeydir. Bu,tamamilə yeni bir şeydir", - deyə o əlavə edib. "Bu, zənginləşdirməarqumentini daha az aktual edir, çünki indi sıfır ehtiyatdandanışırıq. Və bu, çox, çox vacibdir, çünki zənginləşdirilmişmaterialı saxlaya bilmirsinizsə,zənginləşdirib-zənginləşdirməməyinizdən asılı olmayaraq, bombadüzəldə bilməzsiniz", - deyə o vurğulayıb.

Избранный
22
az.trend.az

1Источники