RU

General: Şuşa alındı, çiynimdən ağır yük götürüldü - Video

Vətən müharibəsi zamanı, 2020-ci il noyabrın 5-i ordumuzun birinci kəşfiyyat qrupu Şuşaya daxil oldu. Şuşaya daxil olan mayor rütbəli zabit mənim əsgərim olub. O, həmin gün mənə zəng edib dedi: “Komandir, çiyinlərinizdən ağır yükü götürdük”.
BUTA.TV xəbər verir ki, bu sözləri Axar TV-ə geniş müsahibəsində Azərbaycan müdafiə nazirinin sabiq müavini, Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin sabiq rəisi, general-mayor Elbrus Orucov deyib. “Cıdır düzü istiqamətində Yuri Qaqarin adına düşərgə var idi. Döyüşlərdə olduğum zaman qərargahım orada yerləşirdi. Elə bayrağı da oraya sancmışdılar. 8 noyabrda isə qüvvələrimiz Şuşaya daxil oldu. Həmin gün qardaşlarım gəlib məni təbrik edib, nə qədər dözümlü olduğumu, ölkədən getmək əvəzinə qələbəni necə gözlədiyimi dedilər. Mən həmin Elbrus Orucovam”, - deyə o əlavə edib.

Избранный
38
1
buta.tv

2Источники