RU

Rodrigez ABŞ-dən Venesuelaya qarşı sanksiyaların tam ləğvini tələb edib

BAKI, 28 fevral. TELEQRAF

Venesuela prezidentinin səlahiyyətli nümayəndəsi Delsi Rodrigez ABŞ administrasiyasını ölkəsinə qarşı tətbiq olunan sanksiyaları və blokadanı tamamilə ləğv etməyə çağırıb.

Teleqraf xəbər verir ki, Delsi Rodrigez bu bəyanatı neft-qaz sənayesi nümayəndələri ilə görüşdə səsləndirib. Görüş “Venezolana de Television” telekanalı vasitəsilə yayımlanıb.

Rodriges çıxışında ABŞ Prezidenti Donald Trampa müraciət edərək Venesuelaya qarşı blokadanın dayandırılmasını və bütün sanksiyaların aradan qaldırılmasını istəyib. O, iki ölkə arasında qarşılıqlı hörmət və səmərəli əməkdaşlığa əsaslanan ikitərəfli enerji gündəliyinin formalaşdırılmasını təklif edib.

Venesuela rəsmisi qeyd edib ki, birtərəfli məhdudlaşdırıcı tədbirlər yalnız dövlət sektoruna deyil, sahibkarlara, alimlərə, işçilərə və digər təbəqələrə də zərər vurur. Onun sözlərinə görə, hökumət enerji resurslarından istifadənin ölkə xalqının rifahına xidmət etməsini və milli sənayenin suveren inkişafını təmin etməyi hədəfləyir.

Избранный
26
teleqraf.com

1Источники