RU

Basketbol millimiz səfərdə qalib gəldi

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

"Unikal" xəbər verir ki, komandamız səfərdə İrlandiya seçməsinin qonağı olub. Qarşılaşma yığmanın 76:75 hesablı qələbəsi ilə yekunlaşıb.

Basketbolçularımız növbəti görüşünü martın 2-si doğma meydanda Şimali Makedoniya seçməsinə qarşı keçirəcək.

Избранный
31
21
unikal.az

10Источники