RU

Boşluqdan və yoxluqdan yaranan filosof sosioloq Orxan Saffari yazır…

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Əlbəttə, ustad Saffari ümumiyyətlə sosioloq olmayan yerlərdə ortababdan aşağı sosioloq, fəlsəfi söhbətlər getməyən yerlərdə isə tez-tez din fəlsəfəsindən danışan, həmçinin asudə vaxtlarını səmərəli keçirərək qiraətçilik edən Mail Yaqubdan bir cümlə belə yazmaya bilərdi. Fəqət təkcə sənət adamlarını yox, həm də özünü ictimaiyyətə ziyalı kimi təqdim etməyə çalışanlara da əl gəzdirmək lazımdır deyibən, bu yazını qələmə aldı. Odur, heç kim düşünməsin ki, meydan boş qalıb.

Düzü, əvvəllər elə bilirdim, Mail Yaqub şeir yazır. Sonra bildim ki, Mail Yaqub şeir yazmır və o cümlədən gördüm ki, şeiri heç deyə də bilmir. Ancaq bu barədə həqiqətləri də ona heç kim deməyib. Məncə, xüsusilə Ramiz Rövşən aldadıb, deyib ki, Mail, davam elə, supersən.

Mail Yaqub da nə? Saf adam, qəlbiyuxa, həlim. Başşşıına dönüm. O dəqiqə inanıb.

Ramiz Rövşənin şeirlərində heç bir fəlsəfə olmadığı halda, Mail Yaqub özündən fəlsəfi izahlar verir, beləcə, ağsaqqal kişini də aldadır ki, bəs sən burada belə demək istəmisən. Halbuki Ramiz Rövşən şəxsən o şeirlərdə heç nə deməyib və belə bir niyyəti də olmayıb. Şeirdi də, yazıb özü üçün. Tay aparıb onu ilaaaaaaahiiiiiii zad deyib irfana bağlayanda nolur?

Ümumiyyətlə, Mail Yaqubu görən kimi, elə bilirəm, gözlərini bir qədər bərəldəcək, əllərini çiyin bərabərindən yavaş-yavaş qaldıracaq və qışqıraraq deyəcək: “İiiiilaaaaahiiiii”.

O da maraqlıdır, görəsən, birinci Ramiz Rövşən şeir yazır və Mail Yaqub qiraət edir, yoxsa Mail Yaqub nəsə qiraət edəndən sonra Ramiz Rövşən onu şeir kimi yazır?

Bəzən müşahidə etdiyim bir şey də var ki, görürəm, bir xeyli adam Yunan mifologiyasına qarşı qərəzli mövqe tutub. Hesab edirəm, min illər əvvəl var olan bir anlayışa, yəni fəlsəfəyə Mail Yaqubu aid etmək, başda Diogen olmaqla, bütün filosofların qulağının dibinə yağlı bir şillə vurmaq kimidir.

Hərdən elə bilirəm ki, Mail Yaqub hansısa filosofun Allah, din əleyhinə fikirlərini görəndə onu danlamaq istəyir. İstəyir desin ki, ay filosof qağa, niyə şəkk edirsən? Niyə namaz qılmırsan? Bəlkə, Ramiz Rövşənin şeirlərini oxuyasan? Daha sonra yenidən qışqırır və deyir: “İiiiilllaaaaahiii”.

Ancaq bu da azmış kimi, Mail Yaquba sosioloq da deyirlər.

Deyəsən, Mail Yaqub da özünə belə adlar qoşaraq şər atır.

Bir müddət Mail Yaqubun fəaliyyətinə baxanda mənə aydın oldu ki, onun fəlsəfə, sosiologiya dediyi şeylər aşağıdakı cümlələrdən ibarətdir:

1)Ailə institumuz dağılır

2)Qızlarımız soyunur

3)Gənclərimiz kitab oxumur

4)Köhnə kişilər başqa idi

5)Namaz qılın

6)Şükr edin

7)Televiziyadakı pozğunçuluğu yığışdırın

8)Ramiz Rövşənin şeirlərini oxuyun

Siyahı, əlbəttə, artandır, ancaq xüsusi dəyişən bir şey yoxdur. Çevir tatı, vur tatı, bərabərdir Mail Yaqub.

Mail Yaqubun populizmi adamın gözünə girdiyi halda, o populizmi ifadə etdiyi səs də adamın başına düşür.

Bəli, bax belədir bizim Mail Yaqub. Boşluqlardan, yoxluqdan yaranan ziyalı sferasının başında duranlardan.

Ancaq təəssüf ki, cəmiyyətdə bu cür populist adamları sevən, onlara inanan, dəstəkləyən adamlar var.

Bütün bunlar azmış kimi, Mail Yaqubu efirlərə belə söhbətlər etmək üçün də çağırırlar.

Əlbəttə, azad cəmiyyətdə yaşayırıq, heç kim demir ki, ona efir qadağası qoyulsun, qətiyyən. Mən də çox istəyərdim ki, Mail Yaqubu daim efirlərə çağırsınlar. Amma tamaşaçı kimi. Onun simasında yaxşı əl çalan adam görürəm. Ola bilsin, iki barmağını dilinin altına qoyub fit də çaldı.

Aparıcılara təklif edirəm, Mail Yaqub onlarla tamaşçıdan biri olmasın,  Mail Yaqubun fikirlərini soruşsunlar və o da desin:

“İiilaaaaaahiii”.

Orxan Saffari

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
icma.az

1Источники