RU

İrəvan atıcılıq üzrə Avropa çempionatına ev sahibliyi edir » AzadMedia.az


Bu gün Ermənistanın paytaxtı İrəvanda 40 ölkədən 350 idmançının iştirak edəcəyi güllə atıcılığı üzrə Avropa çempionatının rəsmi açılış mərasimi keçirilib.
Bu axşam Ermənistanın paytaxtı İrəvan şəhərində Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə güllə atıcılığı üzrə Avropa çempionatının təntənəli açılış mərasimi baş tutub. Sputnik Armenia-nın verdiyi məlumata görə, turnirin özü bir gün sonra, martın 1-də start götürəcək və beş gün davam edəcək. Avropanın ən yaxşı atıcıları burada 15 medal dəsti uğrunda mübarizə aparacaqlar. Yarışda böyüklər və 21 yaşadək gənclər iştirak edəcək.
Turnir İrəvanda 40 ölkədən 350 idmançını bir araya gətirib. Məlumatda qeyd olunur ki, çempionatda Rusiya və Belarus idmançıları da yarışacaqlar, lakin onlar neytral bayraq altında çıxış edəcəklər.
Избранный
2
1
azadmedia.az

2Источники