RU

«Qarabağ»ın kapitanı gələcəyi ilə bağlı qərarını verdi

«Qarabağ»ın kapitanı Bədavi Hüseynov karyerası ilə bağlı bütün söz-söhbətlərə son qoyub.

35 yaşlı müdafiəçi butsılarını mıxdan asmaq fikrindən daşınıb.

O, ən azı daha 1 il yaşıl meydanlarda top arxasınca qaçmaq qərarınıa gəlib.

«Anji»nin yetirməsi 2013-cü ildən etibarən Ağdam klubunun formasını geyinir. Millimizin sabiq üzvü «köhlən atlar»ın düşərgəsinə gələnədək 2 il «Sumqayıt»ın uğurları üçün tər töküb.

Bədavinin «Qarabağ»la müqavilə müddəti bu ilin yayında başa çatacaq. Təcrübəli arxa xətt oyunçusu yekun fikrini məşqçilər korpusunun diqqətinə çatdırıb.

Hüseynov iki mövsümdür ki, burada əsas heyət üzvü sayılmır. Ötən müddətdə tez-tez zədə aldığı üçün ilk «11-lik»dəki yerini itirib.

SPORTİNFO.AZ

Избранный
15
sportinfo.az

1Источники