RU

Albaniya prezidenti XIII Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək

Bakı.Trend:

Albaniya Prezidenti Bayram Beqay martın 12-14-də keçiriləcəkXIII Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə Azərbaycanasəfər edəcək.

Trend-ə diplomatikmənbədən verilən məlumata görə, Albaniya dövlətinin başçısıbeynəlxalq gündəliyin aktual məsələlərinə həsr olunmuşmüzakirələrdə iştirak edəcək.

Forum dövlət və hökumət başçılarını, yüksək vəzifəli rəsmilərivə beynəlxalq ekspertləri əsas qlobal və regional məsələlərinmüzakirəsi üçün bir araya gətirir.

Qeyd edək ki, 12–14 mart 2026-cı il tarixlərində “Keçidmərhələsində olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması”mövzusunda XIII Qlobal Bakı Forumunun keçirilməsi planlaşdırılır.2013-cü ildə yaradılmış və Nizami Gəncəvi Beynəlxaq Mərkəzitərəfindən təşkil olunan forum hazırda vəzifədə olan və sabiqdövlət və hökumət başçıları, beynəlxalq təşkilatlar və alimlər üçünregional və qlobal siyasətin müzakirə edildiyi platforma rolunuoynayır.

Yeni forum regionda diplomatik fəallığın artdığı bir dövrətəsadüf edir və əsas diqqət geosiyasi keçid prosesləri vəbeynəlxalq təhlükəsizlik məsələlərinə yönələcək.

Məqalədə:
Избранный
14
6
az.trend.az

6Источники