RU

Həkim: cəmi 21 günə sağlamlığı yaxşılaşdıran üç sadə vərdiş

Həkim Maykl Breus sağlamlığın bahalı prosedurlarla deyil, gündəlik həyatdakı kiçik dəyişikliklərlə də güclənə biləcəyini bildirir.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, yuxu, su və düzgün nəfəs alma kimi üç əsas vərdiş cəmi 21 gün ərzində həm fiziki, həm də zehni sağlamlıqda nəzərəçarpan yaxşılaşma yaradır.

Breus "20minutos" nəşrinə açıqlamasında deyib ki, yaxşı yuxu rejimi, kifayət qədər maye qəbulu və qarın nəfəsi texnikaları orqanizmdə iltihabı azaldır, immun sistemini gücləndirir, enerji səviyyəsini artırır və bədən çəkisinin idarə olunmasına kömək edir. O qeyd edib ki, sağlamlıq hər zaman mürəkkəb yanaşma tələb etmir və kiçik addımlar belə böyük fərq yarada bilər.

Həkim düzgün nəfəs almağın rahatlama üçün əhəmiyyətini vurğulayaraq bildirib ki, inhalyasiyadan daha uzun verilən ekshalasiya bədəni sakitləşdirir, stress hormonlarının, xüsusilə də kortizolun səviyyəsini tənzimləyir. Diafraqmatik nəfəs alma texnikaları isə həm zehni, həm də fiziki gərginliyin azalmasına kömək edir.

Breusun fikrincə, bu üç sadə vərdiş bir araya gəldikdə, cəmi 21 günə gündəlik həyat keyfiyyətində əhəmiyyətli müsbət dəyişiklik yaratmaq gücünə malikdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Избранный
17
e-saglam.az

1Источники