RU

Məşhur bələdiyyə başçısı saxlanıldı

Türkiyənin Bolu şəhərinin bələdiyyə sədri Tanju Özcan rüşvət alma iddiası ilə aparılan istintaq çərçivəsində saxlanılıb.

“Yeni Sabah” xəbər verir ki, əməliyyat prokurorluğun göstərişi ilə jandarma qüvvələri tərəfindən səhər saatlarında keçirilib.

Əməliyyat zamanı T.Özcanla yanaşı, bələdiyyə ilə əlaqəli olduğu bildirilən daha 13 nəfər də saxlanılıb.

Onlar səhər saatlarında evlərində tutulublar. Daha sonra tibbi müayinədən keçiriliblər və barələrində hüquqi prosedurlara başlanılıb. İlkin məlumatlara əsasən, saxlanılanlar arasında bələdiyyə sədrinin müavini və bələdiyyənin müxtəlif vəzifəli şəxsləri də var.

İstintaqın vəzifəli şəxsin səlahiyyətlərindən istifadə edərək qanunsuz maddi fayda əldə etməsi itiihamı ilə bağlı aparıldığı bildirilir.

Tanju Özcan Türkiyədə ən çox tanınan və mübahisəli bələdiyyə başçılarından biri hesab olunur. O, xüsusilə miqrant və qaçqınlarla bağlı sərt mövqeyi ilə geniş ictimaiyyətin diqqətini cəlb edib. Özcan Suriyalı qaçqınların bələdiyyə xidmətlərindən istifadəsinin məhdudlaşdırılması və onlara tətbiq olunan kommunal tariflərin artırılması ilə bağlı təşəbbüsləri ilə gündəmə gəlib. Bundan başqa, o, sosial şəbəkələrdə və mediada etdiyi sərt və tez-tez müzakirələrə səbəb olan açıqlamaları ilə tanınıb. Bu mövqeyi onu həm dəstək verənlər, həm də tənqid edənlər üçün Türkiyə siyasətində ən çox müzakirə olunan yerli idarəetmə rəhbərlərindən birinə çevirib.


Telegram kanalımız
Избранный
13
3
yenisabah.az

4Источники