RU

“Fənərbağça" və "Qalatasaray"ın futbolçularına ağır ittiham: 17 ilədək həbs təhlükəsi

BAKI, 28 fevral. TELEQRAF

"Fənərbağça"nın kapitanı Mert Hakan Yandaş və "Qalatasaray"ın futbolçusu Metehan Baltacı oyunlara mərc etdikləri üçün uzunmüddətli həbs təhlükəsi ilə üz-üzədirlər.

Teleqraf xəbər verir ki, bu barədə “Sabah" qəzeti məlumat yayıb.

Mənbənin məlumatına görə, Mert Hakana 17, Metehana isə 13 ilədək həbs cəzası verilə bilər.

İstintaq müəyyən edib ki, Metehan Baltacı 2021-ci ildə "Qalatasaray"ın "Rizespor" və "Göztepe"yə qarşı keçirdiyi oyunlara mərc qoyub. Həmin vaxt iştirak ərizəsində olsa da, meydana çıxmayan futbolçu peşəkar statusunu gizlədərək sıravi istifadəçi kimi mərc edib.

Qeyd edək ki, bu araşdırma daha geniş miqyaslıdır. Belə ki, ötən il Türkiyə Futbol Federasiyasının (TFF) rəhbəri İbrahim Hacıosmanoğlu mərc oyunlarında iştirak etdikləri üçün 149 hakimi kənarlaşdırmışdı. Hazırda isə 1000-dən çox futbolçunun mərc şübhəsi altında olduğu bildirilir.

Избранный
27
teleqraf.com

1Источники