RU

Qurban Qurbanovun üzünü GÜLDÜRDÜ - VİDEO

Qurban Qurbanovun üzünü güldürən balaca azarkeş sosial şəbəkələrdə maraqla qarşılanıb.

Milli.Az xəbər verir ki, "Qarabağ" futbol klubunda peşəkar məşqlərə qatılan 8 yaşlı futbolçu Bəylərin videosu qısa zamanda viral olub. Görüntülərdə balaca azarkeşin səmimi davranışı və motivasiya dolu sözləri izləyicilərin diqqətini çəkib.

Belə ki, Bəylərin Qarabağın baş məşqçisi Qurban Qurbanova yaxınlaşaraq "Gələn dəfə udarıq" deməsi millimizin baş məşqçisinin üzündə gülüş yaradıb. Bu səmimi dialoq sosial mediada geniş müzakirə olunub və çoxsaylı bəyənmə toplayıb.

Balaca futbolçu daha sonra Qurban Qurbanov və onun oğlu ilə xatirə şəkli də çəkdirib. Həmin anlar azarkeşlər tərəfindən futbolun təkcə oyun deyil, həm də böyük-kiçik arasında yaranan isti münasibətlərin nümunəsi kimi dəyərləndirilib.

Hüseyn
Milli.Az

Избранный
21
4
milli.az

5Источники