RU

Ölkədə elə bir sahə yoxdur ki, vətəndaş ondan razı olsun



"Ölkədə bütün sahələrdə yaranmış mənəvi durumun deqradasiyası durumu artıq pik həddə çatıb. Ölkə demək olar ki, iki cəbhəyə bölünüb. Məlum olayların fonunda ölkənin mahiyyət etibarilə çox ciddi çöküş yaşadığı görünür. Vətəndaşın dövlət çətirinə aid olan qurumlarının yarıtmaz olduğu qənaətini formalaşdıran fikrin arxasında hakimiyyətin idarəçilik üsullarının yarıtmazlığı dayanır. Vətəndaş hər şeydən narazıdır. Adi gündəlik həyatındakı olaylardan tutmuş dövlət aparatının nəzarət etdiyi bütün qurumlara kimi bir çox hallar daxil".

Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. Onun sözlərinə görə, ölkədə elə bir sahə yoxdur ki, vətəndaş ondan razı olsun:

"Vətəndaşda öz dövlətinin onu istəmədiyi fikri formalaşır. Bunun səbəbi də vətəndaşın hər addımda qarşılaşdığı problemlərdir. Vətəndaş öz dövlətini istədiyi kimi görmək istəyir. Televiziyasından tutmuş akademiyasına kimi. Vətəndaş anlayışı təbii ki, geniş məvhumdur. Amma ən aşağı düşüncəli vətəndaşdan tutmuş yüksək intellektli vətəndaşa kimi insanların tək ortaq nöqtəsi milli dəyərlərdir. O dəyərlər ki, xalqın yaddaşında kök salıb, onu formalaşdırıb. Bu dəyərlərin yox edilməsinə yönəlik hadisələrin baş verməsi narahatedici məqam olmaqla yanaşı çox təhlükəlidir".

Azər Qasımov qeyd edib ki, ölkədə bütün sahələrdə ciddi islahatlar keçirilməlidir:

"Bu, islahat xatirinə yox, dövlətin və hakimiyyətin gələcəyi xatirinə edilməlidir. Xalq hər şəraitdə öz dəyərlərini qoruyur, ona sahib çıxır. Hakimiyyətin də bunu anladığını və fəaliyyətini bu istiqamətdə qurduğunu hesab edirik. Xalqdan ayrı düşmüş hakimiyyət heç vaxt uğurlu daxili siyasət yürüdə bilməz. Dünyada bunun şahidi oluruq. Hakimiyyəti bir daha səmimi şəkildə islahatlara dəvət edirik".

Süleyman
Избранный
12
newscenter.az

1Источники