RU

Kartla baha, nağd ucuz - Vətəndaş nə etməlidir?

Nağdsız ödənişlərin təşviqi məqsədilə POS-terminal istifadəsinin məcburi tətbiqi bazarda gözlənilməz nəticələr doğurub. Son dövrlər bəzi mağazalarda eyni məhsul üçün iki fərqli qiymət formalaşıb: nağd ödəniş üçün bir, kartla ödəniş üçün isə daha yüksək məbləğ. Artıq alıcılar tez-tez “kartla baha, nağd ucuz” dilemması ilə üz-üzə qalırlar.

Məsələn, üzərində 100 manat yazılan məhsul nağd alındıqda həmin qiymətə satılır, lakin POS-terminal vasitəsilə ödəniş zamanı müştəridən 105 manat tələb olunur. Sahibkarlar kartla ödəyən müştərilərə endirim tətbiq etmir, bəzi hallarda isə açıq şəkildə əlavə haqq qoyurlar. Bu praktika isə faktiki olaraq vətəndaşları nağdsız ödənişdən çəkindirir, nağd dövriyyəni isə stimullaşdırır. Halbuki dövlət siyasətinin əsas məqsədi kölgə iqtisadiyyatını azaltmaq və ödənişlərin şəffaflığını artırmaqdır. Mövcud vəziyyət isə bu hədəflə ziddiyyət təşkil edir və yeni suallar yaradır: qiymət fərqləri nə dərəcədə qanunidir və bu tendensiya istehlakçıların hüquqlarına necə təsir göstərir?

“Qanunla qadağandır”

Избранный
11
publika.az

1Источники