RU

Hərbi təyyarə qəzaya uğradı: Ölənlər var

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Boliviyada əskinas daşıyan hərbi yük təyyarəsi yaşayış məntəqəsinə yaxın əraziyə düşüb. 

"Cebheinfo.az" xəbər verir ki, təyyarədən ətrafa səpələnən pulları toplamağa çalışan mülki şəxslərə polis müdaxilə edib.

Cənubi Amerika ölkəsi Boliviyada Mərkəzi Bankda çap olunan yeni əskinasları daşıyan hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Əlverişsiz hava şəraiti səbəbindən baş verən qəzada azı 15 nəfər həyatını itirib, 30 nəfər isə yaralanıb.

Səlahiyyətlilərin verdiyi məlumata görə, "C-130" tipli nəqliyyat təyyarəsi eniş zamanı "El Alto" hava limanında uçuş-eniş zolağından çıxaraq yaxınlıqdakı küçəyə düşüb.

Hadisə nəticəsində küçədəki bir çox nəqliyyat vasitəsi istifadəyə yararsız hala düşüb.

Polis qəzadan sonra ətrafa saçılan pulları toplamaq istəyən insanları gözyaşardıcı qazdan istifadə edərək ərazidən uzaqlaşdırıb.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
26
1
cebheinfo.az

2Источники