RU

Merz: 5 və ya 10 il sonra NATO-nun belə olacağına əmin deyiləm

Almaniya kansleri Fridrix Merz NATO-nun 5 və ya 10 il sonra da belə qalacağına əmin olmadığını bildirib.

Turkustan.az xəbər verir ki, Merz Hessen əyalətinin Volkmarsen şəhərində Xristian Demokrat Birliyi (CDU) partiyası tərəfindən təşkil edilən tədbirdə çıxış etdi.

Merz digər ölkələrə səfərlərindən əvvəl və sonra Avropadakı əsas müttəfiqləri ilə məsləhətləşdiyini və birlikdə qərarlaşdırılan məsələlərdə həmişə Almaniyanın maraqlarını nəzərə aldığını bildirib.

Merz bildirib ki, Almaniyanın maraqlarını qorumaq həm də son 75 ildə NATO-da birlikdə əldə edilən nailiyyətləri qorumaq üçün davamlı səy göstərmək deməkdir və əlavə edib ki, "5 və ya 10 ildən sonra da NATO-nun belə olacağına əmin deyiləm".

Aytən Yaşar/ Turkustan.az

Избранный
1
1
turkustan.az

2Источники