RU

Tehranda güclü partlayışlar baş verir

İran dövlət mediası paytaxt Tehranın mərkəzində əvvəlcə üç ayrı partlayışın, təxminən yarım saat sonra isə daha iki partlayışın baş verdiyini xəbər verib.

"Cebheinfo.az" xəbər verir ki, ilk partlayış səsləri yerli vaxtla saat 09:30 radələrində şəhərin üç fərqli nöqtəsində eşidilib.

Ardınca saat 10:05-də isə ən azı iki ayrı nöqtədə yenidən partlayış səsləri qeydə alınıb.

Hadisə ilə bağlı rəsmi mənbələrdən hələlik ətraflı açıqlama verilməyib, lakin agentlik partlayış səslərinin şəhər mərkəzindən gəldiyini bildirib.

Избранный
16
cebheinfo.az

1Источники