RU

Hidayət Heydərov yarışa qatılmadı, ACF cəzalandırdı – ARENA.AZ

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində iştirak etməyəcək.

Arena.az xəbər verir ki, olimpiya çempionu 1/16 finalda Arun Kumarla (Hindistan) görüşə qatılmayacaq.

Bu gün Azərbaycanın dörd cüdoçusu sözügedən yarışda mübarizəyə başlayacaq. Kamran Süleymanov (73 kq) 1/32 final mərhələsində yaponiyalı Şusuke Uçimura ilə, Ömər Rəcəbli (81 kq) 1/16 finalda rumıniyalı Adrian Sulka ilə, Fidan Əlizadə (63 kq) eyni raundda özbəkistanlı Sevinç İsokova ilə, Südabə Ağayeva (70 kq) rusiyalı Kamila Badurova ilə üz-üzə gələcək.

Hidayət isə artıq çəki səbəbindən bu yarışda iştirak edə bilməyəcək. Artıq Azərbaycan Cüdo Federasiyası Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb.

“Hidayət Heydərov (73 kq) çəkisini sala bilmədiyinə görə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirinə buraxılmayıb. Azərbaycan Cüdo Federasiyası daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb”, – qurumdan vurğulanıb. (Report)

Xatırladaq ki, Hidayət Heydərov Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

Qeyd edək ki, “Böyük Dəbilqə” turniri martın 1-də başa çatacaq. Ötən gün Əhməd Yusifov qızıl, Balabəy Ağayev (hər ikisi 60 kq) gümüş medal qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
23
7
arena.az

10Источники