RU

Hakimiyyəti ələ keçirin - Tramp İran xalqına səsləndi

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranda davam edənzərbələrin məqsədi rejimi devirməkdir və o, İran xalqını yaranmışimkandan istifadə edərək hakimiyyəti ələ almağa çağırıb.

Trend xəbər verirki, Ağ Ev rəhbəri İrana qarşı başlanılan əməliyyatla bağlı xalqaetdiyi videomüraciəti öz “Truth Social” sosial şəbəkə hesabındapaylaşıb.

ABŞ-nin İrana dənizdən və havadan zərbələrini təsdiqləyən səkkizdəqiqəlik video müraciətində Tramp deyib:

“İslam İnqilabı Keşikçiləri Korpusunun üzvlərinə, silahlıqüvvələrə və bütün polis əməkdaşlarına bu gecə (ABŞ-da həmin vaxtgecə saatları olub-red) deyirəm ki, silahlarınızı yerə qoymalısınızvə tam toxunulmazlıq əldə edəcəksiniz, əks halda qaçılmaz ölümləüzləşəcəksiniz”.

“Silahlarınızı yerə qoyun. Sizə tam toxunulmazlıqla ədalətlidavranılacaq, əks halda qaçılmaz ölümlə üzləşəcəksiniz,” – deyəTramp bildirib.

Trampın sözlərinə görə, böyük və məğrur İran xalqının azadlıqsaatı yetişib.

“Sığınacaqda qalın. Evdən çıxmayın. Çöldə vəziyyət çoxtəhlükəlidir. Bombalar hər yerə düşəcək,” – o, sözlərinə davamedib.Biz işimizi başa çatdırdıqdan sonra hakimiyyəti ələ keçirin.O, sizin olacaq. Bu, yəqin ki, nəsillər boyu əldə edə biləcəyinizyeganə şansdır”, - Tramp vurğulayıb.

Məqalədə:
Избранный
13
1
az.trend.az

2Источники