RU

Azərbaycanda sürücüsüz nəqliyyat olacaq

Azərbaycanda avtomobil, dəmir yolu, metro, tramvay, dəniz və hava nəqliyyatı daxil olmaqla bütün nəqliyyat növləri üzrə avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün normativ hüquqi, texnoloji və institusional bazanın yaradılması və mərhələli tətbiqinin təmin edilməsi nəzərdə tutulub.

Xezerxeber.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün fəaliyyət planında əksini tapıb.

Sərəncama əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) aidiyyəti dövlət orqanları (qurumları) ilə birgə avtonom nəqliyyat sistemlərinin tətbiqi üzrə beynəlxalq təcrübənin təhlili və normativ hüquqi bazanın formalaşdırılması üzrə təklifləri təqdim etməlidir.

Избранный
3
10
azpost.info

10Источники