RU

Heydər Əliyev Beynəlxalq Aeroportu iki beynəlxalq reysi ehtiyat hava limanı kimi qəbul edib

Bakı. Trend:

Regional hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən“Flydubai” aviaşirkətinə məxsus Kazan–Dubay və Moskva–Dubaymarşrutları üzrə hərəkət edən hava gəmilərinin kapitanları ehtiyathava limanı qismində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş üçünmüraciət ediblər.

Trend bubarədə Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadən xəbərverir.

Məlumata görə, Kazan–Dubay reysi yerli vaxtla saat 11:25-də,Moskva–Dubay reysi isə saat 11:43-də Heydər Əliyev BeynəlxalqAeroportuna təhlükəsiz şəkildə eniş edib.

Bildirilib ki, hər iki halda sərnişinlərin və ekipaj üzvlərinintəhlükəsizliyi tam təmin olunub, eniş və sonrakı əməliyyatprosesləri mövcud beynəlxalq aviasiya standartlarına vətəhlükəsizlik tələblərinə uyğun şəkildə həyata keçirilib.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun əməliyyatinfrastrukturu alternativ və tranzit reyslərin qəbuluna tamhazırlıqlı vəziyyətdədir və regional hava nəqliyyatı sistemindəetibarlı ehtiyat hava limanı funksiyasını effektiv şəkildə yerinəyetirməyə davam edir.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasındakeçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başaçatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraqAvropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarəyerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.

Məqalədə:
Избранный
21
29
az.trend.az

10Источники