RU

SEPAH İsrailə raket və dron hücumuna başladığını elan edib

Bakı. Trend:

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) İsrailə qarşıraket və dron hücumuna başladığını elan edib.

Trend-inməlumatına görə, bu barədə İran İslam İnqilabı KeşikçilərKorpusunun (SEPAH) ictimaiyyətlə əlaqədar idarəsi məlumatyayıb.

Məlumata görə, bu, İranın İsrailə hücumlarının ilk dalğası hesabolunur.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasındakeçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başaçatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraqAvropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarəyerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.

Məqalədə:
Избранный
8
2
az.trend.az

10Источники