Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Aznews.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Dərhal xəsarət alanlara yardım edilib, hazırda onların vəziyyətlərinin kafi olduğu bildirilir.