RU

Şəmkirdə ağır qəza oldu -

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Dərhal xəsarət alanlara yardım edilib, hazırda onların vəziyyətlərinin kafi olduğu bildirilir.

İki avtomobilin toqquşması zamanı xəsarət alanlar 1973-cü il təvəllüdlü M.Abbasov, 1993-cü il təvəllüdlü T.Əliyeva və daha bir nəfərdir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
5
4
metbuat.az

6Источники