RU

Şəmkirdə iki maşın toqquşdu, 3 nəfər yaralandı

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Sərxan kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobillin toqquşması zamanı 1973-cü il təvəllüdü M.Abbasov, 1993-cü il təvəllüdlü T.Əliyeva və daha bir nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Dərhal yaralılara yardım edilib, hazırda onların vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Избранный
17
3
unikal.az

4Источники