ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyat elan edən təcili çıxışında Amerika ordusunun döyüşlər zamanı qaçılmaz itkilərlə üzləşə biləcəyini etiraf edib.
Publika.az xəbər verir ki, Ağ Ev rəhbəri vurğulayıb ki, Tehranın nüvə proqramı ilə bağlı diplomatik razılığa gəlmək üçün bütün cəhdlər uğursuzluğa düçar olduqdan sonra Vaşinqton "İran təhlükəsi"ni aradan qaldırmaq üçün aktiv mərhələyə keçib.
Tramp sosial media hesabı “TRUTH Social”da paylaşdığı təcili video mesajında bildirib: "Mən bu açıqlamanı asanlıqla vermirəm. İran rejimi cəsur Amerika qəhrəmanlarımızın həyatını almağa çalışır. Biz itkilərlə üzləşə bilərik. Bu, müharibədə tez-tez baş verir".
Amerika lideri hazırkı hücumu gələcək nəsillərin təhlükəsizliyi üçün zəruri olan "nəcib bir missiya" adlandırıb.
Tramp həmçinin İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) da daxil olmaqla İran təhlükəsizlik qüvvələrinə ultimatum verib: "Silahlarınızı yerə qoyun, yoxsa mütləq ölümlə üzləşin".