Bakı. Trend:
Bu ilin yanvar ayının sonuna olan məlumata görə, Azərbaycandarezident maliyyə təşkilatları tərəfindən buraxılmış AmericanExpress kartlarından (habelə statistik vahidin ödəniş kartlarından)istifadə olunmaqla həyata keçirilən əməliyyatların sayı 6,1 mintəşkil edib, tranzaksiyaların həcmi isə 600 min manatdan çoxolub.
Bu barədə Trend-əAzərbaycan Respublikasının Mərkəzi Bankından məlumat verilib.
Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə AmericanExpress kartları ilə aparılan əməliyyatların sayı 2 min və ya 24,7faiz azalıb, əməliyyatların həcmi isə 300 min manatdan çox və ya33,3 faiz azalma nümayiş etdirib.
Qeyd edək ki, rezident kartlar üzrə əməliyyatlar dedikdə,Azərbaycanda fəaliyyət göstərən banklar və maliyyə təşkilatlarıtərəfindən buraxılmış kartlardan istifadə etməklə həyata keçirilmişbütün əməliyyatlar nəzərdə tutulur. Qeyri-rezident kartlar üzrəəməliyyatlar isə xarici maliyyə institutları tərəfindən buraxılmışkartlardan istifadə olunmaqla ölkə ərazisində aparılantranzaksiyalardır.