Bəhreyndə ABŞ-ın 5-ci donanmasının qərargahı hədəf alınıb.
Redaktor.az “Al Jazeera telekanalına istinadən xəbər verir ki, bu barədə Bəhreyn rəsmiləri bildirib.
***
12:57
Bəhreyndə partlayış səsləri eşidilib.
Redaktor.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.
Məlumata görə, həyəcan siqnalları işə düşüb.
ABŞ-ın Bəhreyndəki bazasına zərbə endirildiyinə dair məlumatlar var. Lakin hələlik bu barədə rəsmi məlumat yoxdur.
Bundan başqa, Qətərin hava məkanını bağladığı bildirilir.